Toy məclislərinin vazkeçilməzi və əsas bəzəklərindən biri də spirtli içkilərdir. Bir çox insanlar toyu şənləndirən yeganə şeyin içki olduğunu bildirirlər. Amma bəzilərinə görə isə bu belə deyil. Toylarda həddən çox qəbul edilən içkilər bəzən məclislərdə davalara və xoşagəlməz hadisələrə səbəb olur. Bununla bağlı olaraq isə son zamanlar belə təklif olunur ki, toy məclislərində spirtli içkilər qadağan edilsin. Doğrudur, bu təklifi birmənalı qarşılamayanlar daha çoxdur. Bəs, həqiqətən də toy məclislərində spirtli içkilər ləğv edilməlidirmi?
Məsələ ilə bağlı Demokrat.az-a sosioloq Mail Yaqub danışıb.
“Azərbaycanda təəssüflər olsun ki, spirtli içkilərin istehlakı məsrəfi hədsiz çoxdur. Bu bizim, ümumiyyətlə mədəniyyətimizə, kültürümüzə yaraşmır. Toyların özündə də bəzən spirtli içkilərin məsrəfi istehlakı aşırı dərəcədə olur. Bu pis mənzərə yaradır. Elə düşünülür ki, guya spirtli içki olmasa, şənlənmək olmaz. Bu qətiyyən belə deyil”.
Mehriban Mirzəzadə Demokrat.az


