Siyasət

Mqer Qriqoryan: "Sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ verilməyib"

Mqer Qriqoryan: Sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ verilməyib

Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ qəbul edilməyib.

Demokrat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ölkənin baş nazirinin müavini Mqer Qriqoryan deyib.

"Biz hələ daxili tənzimləmə prosedurlarını tamamlamalıyıq", - deyə o bildirib.

M.Qriqoryanın sözlərinə görə, demarkasiya prosesinin həyata keçirilməsinə dair sazişin əsas məqsədi bütün problemlərin sakit, əsaslı və qanuni həllini təmin etməkdir.

O əmin edib ki, demarkasiya prosesi tamamilə qanunidir.

"Bu prosesdə heç bir ziddiyyət yoxdur", - deyə baş nazirin müavini əlavə edib.

NE
Nihadə Eyyubova