Gündəm

Salyanın yeni başçısı vəzifəsinin icrasına rayondakı şəhid ailələrini ziyarətlə başladı — FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Salyan rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Demokrat.az xəbər verir ki,Salyan RİH-nin başçısı Rüstəm Xəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri növbəti bir qrup şəhidlərin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşüblər.Rayon rəhbəri şəhid ailələrinin sosial qayğıları ilə maraqlanmış, müraciət və təkliflərini dinləmişdir.

Salyanın yeni başçısı vəzifəsinin icrasına rayondakı şəhid ailələrini ziyarətlə başladı — FOTOLAR

Ziyarət zamanı 44 günlük haqq savaşımızda qazanılan tarixi qələbədən, qəhrəman Vətən şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan danışılıb, eləcə müharibə meydanında göstərdikləri şücaətlərdən qürurla söhbət açılıb. Məhz aparılan antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunduğu qeyd edilmişdir.

Şəhidlərin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Salyanın yeni başçısı vəzifəsinin icrasına rayondakı şəhid ailələrini ziyarətlə başladı — FOTOLAR
Salyanın yeni başçısı vəzifəsinin icrasına rayondakı şəhid ailələrini ziyarətlə başladı — FOTOLAR
Salyanın yeni başçısı vəzifəsinin icrasına rayondakı şəhid ailələrini ziyarətlə başladı — FOTOLAR
Salyanın yeni başçısı vəzifəsinin icrasına rayondakı şəhid ailələrini ziyarətlə başladı — FOTOLAR
Salyanın yeni başçısı vəzifəsinin icrasına rayondakı şəhid ailələrini ziyarətlə başladı — FOTOLAR
Salyanın yeni başçısı vəzifəsinin icrasına rayondakı şəhid ailələrini ziyarətlə başladı — FOTOLAR
Salyanın yeni başçısı vəzifəsinin icrasına rayondakı şəhid ailələrini ziyarətlə başladı — FOTOLAR
Salyanın yeni başçısı vəzifəsinin icrasına rayondakı şəhid ailələrini ziyarətlə başladı — FOTOLAR

NE
Nihadə Eyyubova