Gündəm Özəl

Ərdoğanın Paşinyana hədiyyə etdiyi kitabda hansı mesajlar var? — AÇIQLAMA

Ərdoğanın Paşinyana hədiyyə etdiyi kitabda hansı mesajlar var? — AÇIQLAMA

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyana özünün yazdığı “Daha ədalətli bir dünya” adlı kitabını hədiyyə edib.

Məsələ ilə bağlı politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, dövlət başçılarının görüşü zamanı seçilən məkan, qarşılama mərasimi, qarşılayan şəxslər, görüşlərin keçirildiyi məkandakı əşyalar və rəsmi şəxslərin bir-birinə etdiyi hədiyyələr hər zaman maraqla qarşılanır:

Ərdoğanın Paşinyana hədiyyə etdiyi kitabda hansı mesajlar var? — AÇIQLAMA

“Bir çox hallarda hər hansı simvolik mənanın olub-olmaması yönündə mülahizələr aparılır. Lakin mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan Baş naziri Nikol Paşinyana hədiyyə etdiyi kitabı ilə xüsusi mesaj vermək istədiyini düşünmürəm.

Ərdoğan və Paşinyan eyni səviyyəli və həcmli liderlər deyil. Yəni Türkiyə Prezidenti Ermənistan Baş nazirinə bir şey demək istəsə, bunu birbaşa onun üzünə deyər. Yeri gəldikdə, ABŞ-a, İsrailə, Rusiyaya və hətta Çinə sözünü çəkinmədən deyən bir liderin zəif və gücsüz, regionda çəkisi olmayan Ermənistan liderinə simvolik bir mesaj verməsi real deyil.

Ərdoğan Paşinyana verdiyi kitabı əvvəllər başqa liderlər də hədiyyə edib. Bu məntiqlə, o, hər kitab verdiyi dövlət başçısına mesaj verməlidir. Nəticə etibarı ilə bu hədiyyə sadəcə bir hədiyyədir və özlüyündə xüsusi simvolik mənası yoxdur”.

Mehriban Mirzəzadə Demokrat.az

D
demokrat.az