Hadisə

"Fənərbağça" - "Qalatasaray" oyununa görə Bakıda kütləvi dava: Saxlanılanlar var

Fənərbağça - Qalatasaray oyununa görə Bakıda kütləvi dava: Saxlanılanlar var

Bakının Əhmədli qəsəbəsində kütləvi dava baş verib.

Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, davaya səbəb az əvvəl başa çatan "Fənərbağça" - "Qalatasaray" oyunu olub.

Hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayanıb. Bir neçə şəxsin saxlandığı bildirilir.

NE
Nihadə Eyyubova