“Ermənistan diasporun işlərinə qarışmadığı kimi, diaspor da Ermənistanın idarəçiliyinə təsir etməməlidir”.
Bizim.Media“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xaricdəki erməni icmalarının nümayəndələri ilə görüşündə deyib.
O qeyd edib ki, aydın sərhədlərin müəyyən edilməsi vacibdir: “Diasporun əhəmiyyətinə və dəyərinə baxmayaraq, o, Ermənistana təsir alətinə çevrilməməlidir və bu prinsipə hər iki tərəfdən hörmət edilməlidir”.


