Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsində yeni əməliyyat keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının iki üzvü öldürülüb.
Nazirliyin açıqlamasında terrorçulara qarşı mübarizənin ardıcıl qaydada davam etdiriləcəyi bildirilib.
Mehriban Mirzəzadə Demokrat.az


