Dünya

Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşan 3 nəfər həbs edildi

Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşan 3 nəfər həbs edildi

Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsini planlaşdıran dəstə üzvləri saxlanılıb.

Demokrat.az“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin İstintaq Komitəsi yayıb.

Məlumata görə, aparılan araşdırmalar zamanı 7 Ermənistan vətəndaşının digər şəxslərlə əlbir olaraq hakimiyyəti zorla ələ keçirilməsinə hazırlaşdığı məlum olub.

Bildirilir ki, həmin şəxslərdən üçü həbs edilib, dörd nəfər isə axtarışa verilib. Hazırda istintaq davam etdirilir.

D
demokrat.az