Region

Türkiyədə makaron fabrikində baş verən partlayışda 28 nəfər yaralanıb

Türkiyədə makaron fabrikində baş verən partlayışda 28 nəfər yaralanıb

Türkiyədə makaron fabrikindəki partlayış zamanı 28 nəfər yaralanıb.

APA“Anadolu agentliyi“nə istinadən xəbər verir ki, bu barədə Sakarya valisi Yaşar Karadeniz məlumat verib.

O deyib ki, 28 yaralı var, onlardan altısının vəziyyəti ağırdır.

Bu arada, partlayışın baş verdiyi sahədə sıxışıb qalan fəhlə yanğınsöndürmə briqadalarının işi sayəsində kranın köməyi ilə olduğu yerdən xilas edilib. Tüstüdən təsirlənən işçiyə təcili tibbi yardım maşınında tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.

Alovu nəzarətə götürən yanğınsöndürmə briqadası soyutma işlərini davam etdirir.

NE
Nihadə Eyyubova