Gündəm

Bakının işğaldan azad olunmasının 106-cı ildönümü qeyd edildi — FOTOLAR/VİDEO

Bakının işğaldan azad olunmasının 106-cı ildönümü qeyd edildi — FOTOLAR/VİDEO

Azərbaycan Türkiyə Evi, Azərbaycan Türk Qadınlar Birliyi və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı ilə “Nuru paşanın komandanlığında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilib.

Azərbaycan Türkiyə Evi, Azərbaycan Türk Qadınlar Birliyi və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyəli qonaqlar, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Türk Qadınlar Birliyinin sədriAydan Rüstəmxanlıqonaqları salamlayaraq, BakınınNuru Paşanınkomandanı olduğu Qafqaz İslam Ordusu tərəfindən erməni-rus işğalından azad olunmasını böyük tarixi-siyasi hadisə kimi dəyərləndirib.

Bakının işğaldan azad olunmasının 106-cı ildönümü qeyd edildi — FOTOLAR/VİDEO

O, Azərbaycanda bu mühüm hadisənin ildönümünün geniş şəkildə qeyd olunmasını şərəfli bir yol adlandırıb. ATQB sədrinin müavini xüsusi vurğulayıb ki, əgər Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını azad etməsəydi, o zaman Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) təşəkkülündən də danışmaq mümkün olmazdı: “Bu qələbə Azərbaycan və Türkiyənin hər zaman birgə addım atmasının vacibliyini bir daha göstərdi”.

Bakının işğaldan azad olunmasının 106-cı ildönümü qeyd edildi — FOTOLAR/VİDEO

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədriSəfər KarakoyunluçıxışındaT.Rüstəmxanlıyatəşəkkür edib. O bildirib ki, Biz bir millət iki dövlətin nümayəndələri olaraq ən zor günlərimizdə bir birimizin yanında olmuşuq. MənTənziləxanıma bizə illərdir ki, göstərdiyi münasibətə görə təşəkkürümü bildirirəm. Bizim Azərbaycana hər zaman səfər edəcəyimiz vaxt qapısını döyəcəyimiz ATEV olub. Biz həmişə Bakıya çatan kimi ilk görüşəcəyimiz şəxs dəT.Rüstəmxanlıdır.Biz bundan sonra da birlikdə türk birliyi, türk xalqlarının mədəniyyətinin inkişafı üçün çoxlu işlər görəcəyik. Qarşıda bizi birlikdə üzərində işləyəcəyimiz çoxlu layihələr gözləyir”.

Bakının işğaldan azad olunmasının 106-cı ildönümü qeyd edildi — FOTOLAR/VİDEO

Çıxış edən ATEV-in sədr müavini, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədriMəlahət Qurbanova, İstanbul İSTAD qadınlar birliyinin sədriNebahat Ayrım, ATQB sədrinin müaviniÜlviyyə Allahverdiyeva, İSTAD sədr müaviniMuharrem Yalçın, çıxışlarında Bakının işğaldan azad olunmasının tarixi-siyasi əhəmiyyətini müxtəlif aspektlərdən qiymətləndiriblər.

Bakının işğaldan azad olunmasının 106-cı ildönümü qeyd edildi — FOTOLAR/VİDEO

Tədbirdə çıxış edən Azərbaycan-Türkiyə Evinin (ATEV) sədriTənzilə RüstəmxanlıAzərbaycanın Qafqaz İslam Ordusu vəNuru Paşayavəfa borcunu onların xatirəsinin əbədiləşdirilməsi ilə ödəyə biləcəyini deyib:

Bakının işğaldan azad olunmasının 106-cı ildönümü qeyd edildi — FOTOLAR/VİDEO

“Qafqaz İslam Ordusu adına görə “İslam ordusu” adlandırılsa da, onu formalaşdırıb Azərbaycana göndərən Turan ideyasının daşıyıcısı və bu əqidə uğrunda şəhid olanƏnvər Paşanıntimsalında türklük həmrəyliyi idi. 15 sentyabr çox önəmli gündür və biz Azərbaycan türkləri olaraq, bunu unutmamalıyıq.

MənSəfərbəylə söhbətlərimdə də hər zaman qeyd edirəm ki, Bakının və Azərbaycanın digər ərazilərini rus-erməni işğalından azad edən, bu savaşda çox sayda şəhid verənNuru Paşavə Qafqaz İslam Ordusunu Azərbaycan hər zaman unutmayıb və unutmayacaq”.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

NE
Nihadə Eyyubova