Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında bəstəkar Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olunub — FOTOLAR

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, dünyaşöhrətli bəstəkar Arif Məlikovun mahnılarından ibarət konsert proqramı keçirilib.

Demokrat.az xəbər verir ki, konsertdə Bakıdan dəvət olunmuş Arif Məlikovun tələbəsi, Prezident təqaüdçüsü, bəstəkar Pikə Axundova, tanınmış pianoçu, belynəlxalq müsabiqələr laureatı Ülviyyə Kazımova bəstəkarın əsərləri ilə çıxış ediblər.

Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və Estrada Ansamblının müşayiəti ilə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samir Məmmədov, Əli Məmmədov, Xəyal Əliyev, Xəyal Məmmədovun ifasında bəstəkarın "Güllər", "Gözlərinin aynası","Yaşatdın məni", "Gəl bizim dağlara", "Mən qartalam","Günəş ürəkli", "Çıx yaşıl düzə" mahnıları səsləndirilib.

Gəncə Dövlət Filarmoniyasında bəstəkar Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olunub — FOTOLAR
Gəncə Dövlət Filarmoniyasında bəstəkar Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olunub — FOTOLAR
Gəncə Dövlət Filarmoniyasında bəstəkar Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olunub — FOTOLAR

NE
Nihadə Eyyubova