Dünya

Aİ İrana qarşı yeni sanksiya tətbiq edir

Aİ İrana qarşı yeni sanksiya tətbiq edir

Avropa Birliyi Tehranın Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyaya ballistik raketlər verməsinə görə İranın aviasiya sektorunu hədəf alan sanksiyaları nəzərdən keçirir.

Demokrat.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Avropa Birliyi ballistik raketlərin Rusiyaya ötürülməsinə görə İrana dəfələrlə və qəti şəkildə xəbərdarlıq edib və son addımlara cavab verəcək”, - deyə Borrell qeyd edib.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova