Hadisə

Gömrük nəzarətindən gizlədilən 25 kiloqram gümüş aşkarlandı

Gömrük nəzarətindən gizlədilən 25 kiloqram gümüş aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 25 kiloqramdan artıq gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Demokrat.az-a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşının baqaj yüklərinə rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

2 ədəd baqaj yüklərində aparılan yoxlama zamanı ümumilikdə 77 ədəd kütlədən ibarət 25 kiloqram 56 qram gümüş aşkar edilib

D
demokrat.az