Gündəm Özəl

"Parklanma yeri olmayan obyektlər şəhərin kənarına köçürülsə..." — Bu şəxslər cərimələnəcək

Parklanma yeri olmayan obyektlər şəhərin kənarına köçürülsə... — Bu şəxslər cərimələnəcək

Məktəb və universitetlərin qarşısında maşın saxlayanlar cərimələnəcək. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yeni tədris ili ilə bağlı müraciətində deyilir. Müraciətdə bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək. Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq: “Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən “yaşıl dalğa” rejimi artırılacaq. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər".

Məsələyə münasibət bildirən Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, şəhərsalma və arxitektura qaydalarına görə Bakı şəhərində yerləşən bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yerləri olmalıdır:

Parklanma yeri olmayan obyektlər şəhərin kənarına köçürülsə... — Bu şəxslər cərimələnəcək

“Bu, vacib və zəruri şərtdir. Bakı şəhərində obyekt tikdirən bütün şəxslər bunu bilməlidirlər və bu tələbə əməl etməlidirlər. Həmin obyektlərdəki işçilərin və oranı ziyarət edənlərin sayına uyğun təşkil edilməlidir parklanma yerləri. Buna əməl olunmursa, məsuliyyət həmin obyektin sahibinin və ya idarəçisinin üzərinə düşür. Obyektin parklanma yeri yoxdursa, onun sahibi Şəhərsalma və Arxitektura Komitəsinə, Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməlidir. Müraciət əsasında müəyyən plan hazırlanmalı və həmin obyektin parklanma yeri təşkil olunmalıdır. Ümumiyyətlə tikintiyə başlamamışdan əvvəl aidiyyəti qurumlara tikintinin layihəsi təqdim edilməli və orada parklanma yeri nəzərdə tutulmalıdır”.

Ekspert qeyd edib ki, dövlət ona məxsus avtomobil yollarında parkanma yerləri təşkil edir və ya bəzi yerlərdə qapalı qarajlar salınır:

“Düşünürəm ki, parkanma yeri olmayan obyektlər şəhərin kənarına köçürülsə, daha yaxşı olar. İqtisadiyyatı zəif olan ölkələrin tələbə şəhərcikləri var. Hava limanına yaxın, təbiətlə ahəngdar yerlərdə akademik şəhərciklər salınır. Ölkədəki bütün universitetlər bir ərazidə cəmlənir. Tələbələr, müəllimlər həmin kampuslarda yaşayırlar. Bu şərait təhsilin keyfiyyətini də yüksəldir. Azərbaycanda da 100 minlik tələbə-müəllim kontingenti olan şəhərcik salmaq çətin olmamalıdır. Gəncədə, Qəbələdə, Lənkəranda hava limanları da var, nəyə görə orada akademik şəhərciklər salınmasın?! Belə olarsa, paytaxtda sıxlıq azalar, tələbə və müəllimlər üçün də rahat olar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova