Xəbər verdiyimiz kimi, Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar.
Demokrat.azyeni nazir müavinlərinindosyesini təqdim edir:
MübarizƏhmədov

2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib.
2020-ci ildən son təyinata qədər Mübariz Əhmədov Baş prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində işləyib və ölkə başçısının müvafiq Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
“Dövlət qulluğunda fərqlənməyə görə medalı”, eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
Toğrul Hüseynov

Toğrul Hüseynov 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də, 2017-2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb.
Son təyinata qədər Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.


