Siyasət

ABŞ Hərbi Kəşfiyyatının rəsmisi Bakıya gəldi

ABŞ Hərbi Kəşfiyyatının rəsmisi Bakıya gəldi

ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prior məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.

Demokrat.azxəbər verir ki, bu barədə ABŞ səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.

“Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”, - diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirir.

NE
Nihadə Eyyubova