Sosial

Uşağın anadan olmasına görə neçə nəfər proaktiv qaydada müavinət təyin olunub?

Uşağın anadan olmasına görə neçə nəfər proaktiv qaydada müavinət təyin olunub?

2024-cü ilin yanvar-avqust ayları ərzində 71 182 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Bu barədə Demokrat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, müavinət ödənişləri 33 214 nəfər qız, 37 968 nəfər oğlan uşağına görə aparılıb.

NE
Nihadə Eyyubova