Dünya Özəl

“Seçkilərə yanaşması Fransanın ikiüzlü siyasətinin sübutudur” — AÇIQLAMA

“Seçkilərə yanaşması Fransanın ikiüzlü siyasətinin sübutudur” — AÇIQLAMA

“Son vaxtlar Rusiya ilə Fransa arasında gərginlik artır. Rusiya bir sıra ölkələrdə Franda ilə üz-üzə gəlir -Afrikada, Suriyada, Livanda, yaxın Şərqdə, Aralıq dənizi hövzəsində, Yunanıstanda və Qafqazda, xüsusilə də hazırkı məqamda Ermənistanda. Ona görə də iki ölkənin qarşılıqlı surətdə bir-birini ittiham etməsi başa düşüləndir”.

Bunu Demokrat.az-a açəqlamasında politoloq Turab Rzayev deyib. O, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın Fransanı müstəmləkə siyasəti yürütməkdə ittiham etməsi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib. T.Rzayev qeyd edib ki, Fransanın ikiüzlü siyasətini seçkilərə yanaşması sübut edir:

“Seçkilərə yanaşması Fransanın ikiüzlü siyasətinin sübutudur” — AÇIQLAMA
“Seçkilərə yanaşmasına gəlincə Fransanın qərəzini açıq-aydın görürük. Özünə yaxın ölkələrdə keçirilən seçkilərə daha yumşaq mövqedən yanaşır. Qarşı cəbhədə olan ölkələrlə bağlı isə daha sərt mövqe ortaya qoyur Fransa. Bunu əvvəllər də görmüşük. Hansısa ölkədə bir namizəd 3-4 dəfə prezident seçilirsə, Fransada bu tənqid edilir. Amma bu yaxınlarda Fransada keçiriləcək prezident seçkilərinə Makronun 3-cü dəfə namizədliyini irəli sürməsi təklif edilirdi. Fransada bir şəxsin 3-cü dəfə prezident olmasına əngəl yoxdur, amma başqa ölkələrdə eyni şəxs bir neçə prezident seçilərsə, bunu demokratiyanın tapdanması kimi qələmə verirlər”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “news.ru”nun sualını cavablandırarkən Fransanın ikiüzlü müstəmləkə siyasəti yürütdüyünü deyib. Zaxarova həmçinin qeyd edib ki, rəsmi Paris başqa ölkələrdəki seçkilərlə bağlı qiymətləndirmələrində obyektiv deyil.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova