Xəbər verdiyimiz kimi Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Hdisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Almaz Əliyeva idarə etdiyi "Toyota RAV 4" markalı avtomobillə 1963-cü il təvəllüdlü Lazım Talıbovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Ümumi səbəbləri çıxsaq, qadınların sükan arxasında qəza törətmələrinə digər amillər də səbəb olur. Qadın sürücülər sükan arxasında telefonla daha çox danışır, video, foto çəkir, bəzən sükan arxasında bəzənməyə də imkan tapırlar.
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, yolda hamı bərabərhüquqludur:
"Statusundan, maaşından, vəzifəsindən ve cinsindən asılı olmayaraq yola çıxan şəxs yol hərəkəti qaydalarına əməl etmelidir. Sükan arxasında diqqəti yayındıran işləri kişilər də edir. Xüsusən də cəmiyyətdə tanınan məşhurlar, şou biznes adamları, xalq artistlərinin bilərəkdən qayda pozaraq, avtoşluq etməsi, kəmər taxmamaq, telefonla danışmaq, yolda sürət həddini aşmaq və driftlər edib bunu yaymaq gənclərə mənfi təsir edir.
Yaxşı olardı ki, DYP məşhurların statusundan asılı olmayaraq bu insanlara qarsı cərimə tətbiq etsin ki, digərlərinə də dərs olsun və qəzaların qarşısı i alınsın.
Qadın da, kişi də öz məsuliyyətini dərk etmelidir. Təəssüf ki, problemin digər tərəfi bu gün sürücülük bacarıqlarının aşağı səviyyədə olmasıdır. Sürücülük məktəbləri ve kursların bir qismi formal fəaliyyət göstərir. Bu da təhsilin problemidir deyə düşünürəm".
Törə Zeynallı Demokrat.az


