Sosial

Güclü külək Qubada ağacı avtomobilin üzərinə aşırıb

Güclü külək Qubada ağacı avtomobilin üzərinə aşırıb

Güclü külək Quba şəhərində fəsadlar törədib.

Demokrat.azxəbər verir ki, şəhərin 20 Yanvar küçəsində külək irigövdəli ağacı aşırıb. Nəticədə ağac “Chevrolet” markalı avtomobilin üzərinə düşüb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Eyni zamanda ağac elektrik xətlərini də qırdığından Quba şəhərinin bir hissəsi elektriksiz qalıb.

Hazırda şimal bölgəsində güclü külək davam edir.

NE
Nihadə Eyyubova