Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İrəvanın Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib.
Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, bu gün onlayn mətbuat konfransında söyləyib.
"Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimiz zamanı bildirdim ki, Azərbaycan prezidenti ilə sərhəddə görüşməyə hazıram", deyə Paşinyan bildirib.
O qeyud edib ki, indiyədək aparılan ikitərəfli danışıqlar müsbət nəticələr doğurub:
"İndiki mərhələdə biz ikitərəfli formatda müzakirələr aparırıq. Hesab edirəm ki, belə bir format daha doğrudur. Bununla bağlı fikirlərimi Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimdə ona da bildirmişəm. Lakin biz digər formatlardan da imtina etmirik. Hesab edirəm ki, bütün məsələlər konkret kontekstdə nəzərdən keçirilməlidir".


