Dünya Özəl

Bolqarıstan Aİ Komissiyasına üzv olmaq üçün öz namizədlərini seçdi

Bolqarıstan Aİ Komissiyasına üzv olmaq üçün öz namizədlərini seçdi

Bolqarıstan hökuməti Yekaterin Mixaylova və Yulian Popovun adlarını Avropa İttifaqı (Aİ) Komissiyasına üzvlüyə namizədlər kimi təqdim edib.

Demokrat.az xəbər verir ki, bu barədə Bolqarıstan mediası məlumat yayıb.

Bolqarıstanın Baş naziri Dimitar Qlavçev parlamentdə təmsil olunan siyasi qüvvələrin ona təqdim etdiyi namizədlər siyahısından Mixaylova və Popovu seçdiyini açıqlayıb.

Qlavçev bildirib ki, Mixaylovanın namizədliyi keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) partiyası tərəfindən irəli sürülüb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova