"Təşviqat qaydalarının pozulması ilə bağlı müraciətlərə və şikayətlərə əvvəlcə dairə seçki komissiyasında baxılmalıdır".
Oxu.Azxəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun dediyinə görə, sözügedən müraciətlər birbaşa MSK-ya yönləndirilir:
"Halbuki bu şikayətlərə əvvəlcə müvafiq dairədə baxılmalıdır. MSK-ya müraciət isə dairənin qərarından narazılıq olsa, edilir".


