Rəsmi statistika göstərir ki, Azərbaycanda boşanmalar hər il artır. Təbii ki, dağılan ailələrin bir çoxunda uşaqlar da var və boşanmalardan ən çox əziyyət çəkənlər də onlar olur.
Bəs son 1 ildə boşanan neçə ailə uşaqlı, neçəsi uşaqsızdır?
Modern.azsaytı bu suala cavab tapmağa çalışıb.
Dövlət Statistika Komitəsindən saytımıza bildirilib ki, 2023-cü ildə Azərbaycanda21688 boşanmaqeydə alınıb.
Boşanan ailələrin9510-dauşaq dünyaya gəlməyib.
Dağılan4748 ailəbir uşaqlı olub.7430 ailədəisə uşaqların sayı iki və daha çox olub. Bu, ümumilikdə12178uşaqlı ailə deməkdir.
2023-cü ildəki boşanmalar nəticəsində21689 uşaqvalideynlərdən biri ilə qalmağa məcbur olub.
Bu rəqəmlər əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. 2024-cü ilə dair rəqəmlərin isə bir qədər də çox olacağı istisna edilmir.


