Dünya Özəl

Mikroavtobus və yük maşını toqquşdu — Ölənlər var

Mikroavtobus və yük maşını toqquşdu — Ölənlər var

Nigeriyanın Ondo əyalətində mikroavtobusla yük maşınının toqquşub.

Demokrat.az xəbər verir ki, bu barədə Nigeriya Milli Yol Təhlükəsizliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 16 nəfər həyatını itirib.

Nigeriya Milli Yol Təhlükəsizliyi Ondo Əyalətinin sözçüsü Samuel İbitoye verdiyi açıqlamada, əyalətin Ore-Benin şossesində sürətlə hərəkət edən sərnişin mikroavtobusunun hərəkətdə olan yük maşınına çırpıldığını söyləyib

İbitoye qeyd edib ki, qəza nəticəsində 16 nəfər ölüb, 3 nəfər yaralanıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

ilkin araşdırmada hadisənin səbəbinin həddindən artıq sürət və manevretmə olduğu təsbit edildi, bu da, toqquşmaya səbəb olub.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova