Dünya Özəl

İsrail Suriyaya havadan hücum etdi

İsrail Suriyaya havadan hücum etdi

İsrailin Suriyanın paytaxtı Dəməşqə hava hücumu təşkil etdiyi iddia edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Suriya rejiminə məxsus mənbələr məlumat yayıb.

Məlumata görə, İsrail PUA-nın Dəməşq-Beyrut yolunda hərəkət edən bir avtomobili hədəf aldığını iddia edib.

Sözügedən iddia ilə bağlı İsrail və Suriya rəhbərliyindən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Mehriban Mirzəzadə Demokrat.az

D
demokrat.az