Ukrayna ordusuna məxsus PUA-ların hücumundan sonra Rusiyanın Rostov vilayətinin Kamenski rayonundakı yanacaq anbarında yanğın baş verib.
Bu barədə vilayət qubernatoru Vasili Qolubev məlumat verib.
Onun sözlərinə görə, dro hücumu zamanı xəsarət alan olmayıb.
O aydınlıq gətirib ki, yanğının yaşayış binalarına keçməsi təhlükəsi olmayıb.
Qubernatior əlavə edib ki, Rostov vilayətinə gecə saatlarında hücum nəticəsində dörd pilotsuz uçuş aparatı da vurulub.


