Türkiyənin 11 vilayətində FETÖ terror təşkilatına qarşı “Kıskaç-25” əməliyyatı keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial hesabında yazıb.
Onun sözlərinə görə, əməliyyatlar Adana, Ankara, Antalya, Çorum, Elazığ, İstanbul, İzmir, Ordu, Samsun, Kahramanmaraş və Van vilayətlərini əhatə edib.
Bildirilir ki, əməliyyat nəticəsində 20 FETÖ şübhəlisi saxlanılıb. Onların təşkilatın qondarma "Hərbi Şəxsi" strukturunda fəaliyyət göstərdikləri, təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ-nun "ByLock" kriptokommunikasiya proqramının istifadəçiləri olduğu üzə çıxıb.
Mehriban Mirzəzadə Demokrat.az


