Dünya Özəl

“Suriya PKK-dan Türkiyəyə qarşı istifadə etməyə çalışır” — AÇIQLAMA

“Suriya PKK-dan Türkiyəyə qarşı istifadə etməyə çalışır” — AÇIQLAMA

“Suriya Türkiyənin silahlı qüvvələrindən ərazisindən çıxmağını tələb edir. Türkiyənin də tələbi var, çünki PKK/YPG terror təşkilatına qarşı Suriya hökuməti effektiv mübarizə aparmır. Terror təşkilatı şimali Suriyada Türkiyənin ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini təhdid edir. Əgər Türkiyə silahlıları oradan çıxarsa, şimali Suriyada PKK YPG-nin müxtar dövləti yaradıla bilər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert qeyd edib ki, Türkiyə tərəfi Suriya ilə münasibətlərin normallaşmasını irəli sürür və terrorizmə qarşı birgə mübarizəni dəstəkləyir:

“Amma Suriya bundan imtina edirsə, məsuliyyəti də o daşıyır. Düşünürəm ki, itirən tərəf Suriya olacaq, çünki Türkiyə artıq regional gücdən beynəlxalq gücə çevrilməkdədir. Suriyaya təzyiqlər var, əgər o, Türkiyə ilə münasibətləri normallaşdırmasa təzyiqlərdən əziyyət çəkəcək”.

Politoloqun sözlərinə görə Türkiyə-Suriya münasibətlərinin normallaşmasını istəməyən bəzi dövlətlər var:

“Türkiyə Suriyanın ərazi bütpblyünü və suverenliyini tanıyır, amma Bəşər əsədin qüvvələrin çıxmasını tələb etməsi normallaşma prosesinə xələl gətirəcək. Suriya PKK-dan gələcəkdə Türkiyəyə qarşı istifadə etmək istəyir amma öz ərazi bütövlüyünə təhlükə yaradır onları ərazisində saxlamaqla. Əsəd hakimiyyəti danışıqlardan imtina etsə də düşünürəm ki, perspektivdə Suriya dövləti Türkiyənin şərtləri ilə razılaşacaq”.

Qeyd edək ki, Türkiyə mediasının xəbərinə görə Bəşər Əsəd Türkiyə ilə dialoqdan imtina edib. O, Türkiyənin Suriya torpaqlarından çıxmasının zəruriliyini ifadə edib və dialoq üçün şərtlərini irəli sürüb.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova