“Rusiya tam gücü ilə Ukrayna qüvvələrini hücum etdiyi ərazilərdən çıxarmağa və üstünlüyü ələ keçirməyə çalışır. Kurskun işğal edilməsi Rusiya üçün biabırçı haldır, bununla onun imici yerlə bir olub. Sən əgər öz ərazini müdafiə edə bilmirsənsə, necə qlobal güc olmağı iddia edə bilərsən?!”
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
O, Rusiyanın daxilində fikir ayrılıqlarının olduğunu da inkar etməyib:
“Görünür ki, ordu ilə, Baş Qərargahla Federal Təhlükəsizlik Xidməti (FTX) arasında gərginlik var. Təsadüfi deyil ki, Putin Kurskun azad edilməsini FTX-yə tapşırdı. Səfərbərlik elan olunub, bütün güclər toplanıb, düşünürəm ki, Rusiya bu məsələdə kifayət qədər əziyyət çəkir. Kurskun işğalına müharibənin dönüş nöqtəsi demək olar. Rusiyanın “qırmızı xətt”lərini artıq ciddiyə almırlar, ərazisinə hücum edirlər, hətta Britaniya Kursk əməliyyatını dəstəkləyir. Belə ki, Rusiya ərazilərini işğal etmək üçün Ukraynaya Britaniya silahlarından istifadə etməyə icazə verilib”.
Ekspertin fikrincə Rusiya məcbur olub bundan sonra ya nüvə silahına əl atacaq, ya da daha çox həfədə tuş gələcəyi qaçılmazdır:
“Bəzi şərhçilər bildirir ki, Rusiya baş verənlərə qəsdən şərait yaradır ki, nüvə silahından istifadə etsin. Düşünürəm ki, nüvə silahından istifadə üçün Rusiyanın kifayət qədər əsası var, bəzi Qərb dövlətləri də bilə-bilə buna şərait yaradırlar Rusiyaya təzyiqləri artırmaqla. Ola bilsin ki, məqsədli planlar var ki, Rusiyanı qatil dövlət, cinayətkar adlandırsınlar və ona qarşı total müharibə elan etsinlər”.
Törə Zeynallı Demokrat.az


