Pakistanın Bəlucistan əyalətində silahlı şəxslər saxladıqları avtobus və yük maşınlarında 23 nəfəri öldürüblər. Hücumdan sonra çoxlu maşın yandırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Bəlucistan Azadlıq Ordusu (BLA)açıqlama yayıb.
Məlumata görə, ölənlərin mülki geyimli əsgərlər olduğu iddia edilib.
Bildirilir ki, Pakistanın Bəlucistan əyalətində bağladıqları magistral yolda avtobus və yük maşınlarını saxlayan və şəxsiyyətlərini yoxlayan silahlı şəxslər 23 nəfəri maşınlarından zorla endirərək öldürüblər. Hücumdan sonra çoxlu sayıda maşın yandırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mehriban Mirzəzadə Demokrat.az


