Dünya Özəl

Şahzadə oğlunun yeni qalmaqallı şəkili yayıldı — FOTO

Şahzadə oğlunun yeni qalmaqallı şəkili yayıldı — FOTO

Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Hoibinin yeni qalmaqallı fotosu yayılıb.

Demokrat.az xəbər verir ki, fotoda Marius Borq tapança, "Dom Perignon" şampanı və "Daytona Rolex" saatı ilə pozalar verir.

Bir şüşə "Dom Perignon" şampanı təxminən 180 avro, "Daytona Rolex" saatı isə təxminən 48 min avrodur.

Qeyd edək ki, bundan əvvəl Marius Borq Hoibinin Oslodakı mənzillərindən birində 20-30 yaşlarında olan qadına hücum etdiyi iddia olunurdu. Marius mənzildən çıxandan sonra qadın polisə müraciət edib. Hadisə yerinə gələn polislər mənzilə dəymiş ziyanı qeyd edib, həmçinin divara sancılmış bıçaq aşkar müəyyənləşdiriblər.

Mariusla münasibətdə olduğu bildirilən qadın beyin silkələnməsi ilə xəstəxanaya aparılıb. Qurbanın onun hazırkı sevgilisi Rebekka Helberq-Arntsen olub-olmadığı hələlik məlum deyil. Marius təcridxanada 30 saat təkadamlıq kamerada saxlandıqdan sonra həbsdən buraxılıb. O, hücum və cinayət törətməkdə ittiham olunub.

Mənzildəki bıçaq müsadirə edilib və bu işdə mühüm sübut ola bilər. TV2 iddia edir ki, Marius özü onu divara sancıb.

Şahzadə oğlunun yeni qalmaqallı şəkili yayıldı — FOTO

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova