Növbədənkənar parlament seçkilərindən bizi sayılı günlər ayırır. Artıq namizədlər də seçki marafonunu baş vurmaq üzrədirlər. Ən aktiv təbliğat kampaniyası aparan deputatlığa namizədlərdən biri də 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramovadır.
29 yaşlı iş adamının rəhbəri olduğu BPC-də ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Biznes subyektlərinin Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, xarici tərəfdaşlarla anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın, İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.
2022-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib.
16 saylı Yasamal ikinci seçki dairəsinin müxtəlif sahələrdə uğur qazanmış fəal seçiciləri deputatlığa namizəd Gülpəri Bayramovaya dəstək bəyanatı imzalayıblar. Onlar dairənin bütün seçicilərini Gülpəri Bayramovaya səs verməyə çağırıblar.
Demokrat.az həmin bəyanatı təqdim edir:
Əziz seçicilər!
Biz, aşağıda imza atanlar, 16 saylı Yasamal ikinci seçki dairəsinin seçiciləri olaraq uzun illər müxtəlif sahələrdə fəaliyyət göstərmiş, ölkəmizin inkişafı və xalqımızın rifahı üçün fəaliyyət göstərən seçicilər olaraq qarşıdan gələn parlament seçkilərində 29 yaşlı iş xanımı, biznes təşkilatçısı və xeyriyyəçi Gülpəri Bayramovanın namizədliyini ürəkdən dəstəklədiyimizi bildiririk.
Gülpəri Bayramova gənc yaşına baxmayaraq, təmiz reputasiyası, yüksək işgüzar keyfiyyətləri və sosial məsuliyyətli davranışları ilə seçilən, geniş ictimaiyyət tərəfindən hörmət qazanan bir simadır. Onun yaratdığı uğurlu biznes layihələri, iş yerlərinin yaradılmasına və iqtisadiyyatın güclənməsinə verdiyi töhfələr, həmçinin xeyriyyəçilik fəaliyyəti sayəsində minlərlə insanın həyatına müsbət təsir göstərib. Bu fəaliyyəti bir daha təsdiq edir ki, Gülpəri Bayramova təkcə şəxsi uğurları ilə deyil, həm də cəmiyyətə faydalı olmaq istəyilə irəli çıxan bir namizəddir.
Bununla yanaşı, o, innovativ düşüncəyə və geniş perspektivə malik bir namizəddir. İnanırıq ki, onun parlamentdə təmsil olunması, gənc nəslin enerjisi və yeni yanaşmaları ilə cəmiyyətimizin üzləşdiyi problemlərin həllinə böyük töhfə verəcək. Gülpəri Bayramova həm biznesdə, həm də ictimai fəaliyyətdə şəffaflıq, ədalət və məsuliyyətli idarəetməyə üstünlük verir ki, bu da onu müasir Azərbaycan üçün layiqli bir təşkilatçı olduğunu söyləməyə əsas yaradır.
Bizim fikrimizcə, onun parlamentdə təmsil olunması gənclərin, qadınların, sahibkarların və sosial ədalətin müdafiəsində mühüm bir töhfə olacaq. Gənc olmasına baxmayaraq, geniş təcrübəsi, cəmiyyətin tələblərinə uyğun strategiyaları və yeni ideyaları ilə parlamentin daha şəffaf, effektiv və xalqın maraqlarına xidmət edən bir orqan olması üçün çalışacağına əminik.
Bu səbəbdən, Gülpəri Bayramovanın qarşıdan 1 sentyabr növbədənkənar parlament seçkilərində qalib gəlməsi üçün hər birinizi onu dəstəkləməyə çağırırıq. Onunla birgə addımlamaq, Azərbaycanın sabahına daha parlaq bir gələcəyin investisiyadır və 16 saylı Yasamal ikinci seçki dairəsinin seçiciləri olaraq bunu qiymətləndirməliyik. Əminik ki, Gülpəri Bayramova Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxvektorlu islahatlar prosesinə mühüm töhfələr verəcək, qanunvericilik bazasının təkmilləşdirilməsi, ali qanunverici orqanda və dövlət qurumlarında seçicilərinin lobbiçiliyinin təmin edilməsi baxımından mühüm işlər görəcək.
Dərin hörmətlə,
Səkinə Babayeva – Dairənin ən yaşlı seçicisi, 97 yaşlı ağbirçək Abbas Seyidov – “Metronet” şirkətinin təsisçisi və direktoru Tural Əfəndiyev – Türkiyə Universitetləri Məzunları Birliyinin sədri Orxan Həsənov – “Grand Baku Consulting” QSC-nin təsiçisi və direktoru Ramin Bədirzadə - “Elektron.az” şirkətinin təsisçisi və direktoru Mikayıl Mirzəzadə - “Ege Group” şirkətinin təsisçisi və direktoru Ləman Əliyeva – Uzman həkim, tanınmış ginekoloq İsmayıl Məmmədov - BDU-nun professoru Ramiz Məmmədov – Tanınmış mühəndis Tahir Ağayev – BDU-nun dosenti Aybəniz Hacıyeva – İş adamı, “1001 gecə” restoranı direktoru Yalçın Həsənov – “Ayxan AVTO” MMC-nin təsisçi-direktoru İsmayıl İsmayılov – “Eurostar” şirkətinin təsisçisi və direktoru Ruslan Məmmədov – “İNAM+” şirkətinin təsisçi və direktoru İlqar Mirzəyev – Həkim- qastroenteroloq Zahid Əmirov – İqtisadçı alim, fəlsəfə doktoru Emil Məhərrəmov – İş adamı Zahid Səfərov – İş adamı Toğrul Yolçuyev – İş adamı Təhmasib Səfərov – İş adamı














