Ölkəmizin tanınmış jurnalistləri 16 saylı Yasamal ikinci seçki dairəsinin seçicilərinə çağırış ediblər. Müraciət müəllifləri dairənin seçicilərini deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun İdarə Heyətinin (BPC) sədri Gülpəriyə Bayramovaya səs verməyə çağırıblar.
Demokrat.az həmin müraciəti təqdim edir:
Şəhriyar İmanbəyli (Jurnalist, "Vostok Media Holdinq”inin vitse-prezidenti)

Gülpəri Bayramovanı xeyli müddətdir tanıyıram. Fəaliyyətini uzun zamandır izləyirəm. Olduğu yerlərə yenilik gətirən, kreativ yanaşması və baxışları olan iş xanımı, biznes təşkilatçısıdır. Rəhbəri olduğu Azərbaycan Biznes Partnyorları Klubu ölkəmizin aparıcı assosiativ ictimai birliklərindən biridir. Kifayət qədər də uğurlu layihələri olub. Onun seçki kampaniyası da möhtəşəmdir. Əminəm ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin seçiciləri düzgün seçim edəcək və Gülpəri Bayramovaya səs verəcəklər.
Kənan Məstəliyev (Rekord.az informasiya portalının baş redaktoru)
Əfsələddin Ağalarov ( "Azxəbər” media qrupunun baş direktoru)

Gülpəri Bayramovanın seçki platforması ilə tanış olmuşam. Seçki təbliğat kampaniyasının gedişatını da yaxından izləyirəm. Düşünürəm ki, o, uğurlu millət vəkili olacaq. Bu günə qədərki fəaliyyəti də qənaətbəxşdir. Seçki marafonunun bitməsinə sayılı günlər qalır. Növbədənkənar parlament seçkiləri ölkəmizin inkişafında növbəti mərhələ olacaq. Seçicilər layiq bildiyi namizədlərə səs verəcəklər. İnanıram ki, Gülpəri Bayramova da 1 sentyabr seçkilərinin qalibləri sırasında olacaq.
Vasif Həsənli (Demokrat.az informasiya portalının baş redaktoru)
Əlişir Əhəd (Tribuna İnformasiya Agentliyinin baş redaktoru)

Azər Niftiyev (Jurnalist, Sosial Media Mərkəzinin direktoru)

Xatırladaq ki, 29 yaşlı deputatlığa namizəd Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Rəhbəri olduğu qurumda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti "Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın, İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.
Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən Gülpəri Bayramova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə "İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. "Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.


