Dünya

Ukraynadan Rusiyaya növbəti hücum: Günlərdir yanan neft anbarını yenidən vurdu — VİDEO

Ukraynadan Rusiyaya növbəti hücum: Günlərdir yanan neft anbarını yenidən vurdu — VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinin Proletarsk şəhərində yanğın baş verən və bir neçə gündür söndürə bilmədiyi neft bazasına yenidən hücum edib.

Demokrat.azBizim.Media istinadən xəbər verir ki, Ukrayna PUA-sı səhər saat 5 radələrində neft anbarının ərazisinə hücum etməyə cəhd edib.

İlkin məlumatlara görə, hücum nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, neft bazasında yanğın avqustun 18-də səhər saatlarında başlayıb. Hazırda yanğın lokallaşdırılmayıb. Eyni zamanda, alovun kerosin çənlərinə də keçmə təhlükəsi var.

Yeni hücum cəhdi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.




NE
Nihadə Eyyubova