Cənubi Koreyanın Puçxon şəhərində hoteldə güclü yanğın baş verib
Demokrat.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində ən azı 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
“Yanğın doqquz mərtəbəli binanın səkkizinci mərtəbəsində baş verib, alov bütün binaya yayılmayıb, lakin səlahiyyətlilər tüstüdən ölənlərin sayının artacağından ehtiyat ediblər”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, yanğının söndürülməsinə 150 yanğınsöndürən və 46 ədəd xüsusi texnika cəlb olunub.
Mehriban Mirzəzadə Demokrat.az


