Dünya Özəl

Aviaşirkət təyyarədə yer olmadığı üçün uşağı xarici ölkədə qoydu — ŞOK HADİSƏ

Aviaşirkət təyyarədə yer olmadığı üçün uşağı xarici ölkədə qoydu — ŞOK HADİSƏ

Valideynləri olmadan uçan azyaşlı "Wizz Air"in günahı üzündən xaricə uçuşdan uzaqlaşdırılıb.

Demokrat.az xəbər verir ki, avqustun 10-da 14 yaşlı Alfred qılıncoynatma yarışına yollandığı Romadan vətəni İslandiyaya qayıdırmış. O, digər yeddi yeniyetmə və onları müşayiət edən böyüklərdən ibarət qrupla uçmalı imiş. Lakin hava limanının qeydiyyat məntəqəsində Alfredə təyyarənin göyərtəsində onun üçün yer olmadığı bildirilib.

"Sadəcə onun yaşını nəzərə almayıblar və İtaliyada heç kiminin olmadığını nəzərə almayıblar. Onlar uşağa kömək etmək üçün qətiyyən heç nə etməyblər", deyə Alfreduin anası Arna bildirib.

Vəziyyətdən xəbər tutan valideyn oğlunun təyyarəyə buraxılması üçün daha 40 avro ödəyib. Amma artıq alınmış bilet və onun üçün əlavə ödəniş Alfredə kömək etməyib. Nəticədə oğlan yoldaşları ilə birlikdə təyyarənin onsuz uçmasını izləməyə məcbur olub. Arna deyib ki, onun bəxti gətirib, çünki yeniyetməyə baxmağa razılaşan cütlük də təyyarədən endirilib.

Aviaşirkət oğlana tam bir həftə sonraya Reykyavikə növbəti reysdə yer təklif edib. Lakin Arna oğlunu xarici ölkədə yeddi gün tək qoymağa razı olmayıb. Eyni zamanda, "Wizz Air" narahatlığa görə uşağa təzminat ödəməkdən imtina edib. Qadına Romadan Reykyavikə növbəti reysdə özünə yer bron etmək və bilet üçün əlavə pul ödəmək təklif edilib.

"Wizz Air"dən bildirilib ki, oğlanın anasının rəsmi şikayətinə hələ cavab verməyib:

"Bizim siyasətimiz 14 yaşdan yuxarı uşaqların müşayiətsiz səyahət edə bilməsidir və bu məlumatı "Wizz Air" saytında tapa bilərsiniz. Yaranmış narahatçılığa görə zərəçəkmiş sərnişindən üzr istəyirik və hazırda vəziyyətlə bağlı daxili araşdırma aparılır".

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova