“Meymunçiçəyi ağır xəstəlikdir. Bu xəstəlik sanki qızılcanın bir növüdür. Amma xüsusi bir müalicəsi yoxdur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında infeksionist Şakir Səfərov deyib.
O bildirib ki, bu virusun vaksinasiyası mövcutdur:
“Bu virus hələki bizim ölkəmizdə yoxdur. Olması qaçılmazdır. Virus adətən tənəffüs yollarından daha çox keçir. Daha sonra tənəffüs yollarında mənbələr yaradır. Əlamətləri daha çox yüksək hərarət, üşütmə, yüksək baş ağrıları və titrətmə kimi müşahidə olunur. Elə də qorxulu bir şey yoxdur. Yaranan səpkilər isə adətən qızılcanın səpkiləri ilə eynidir.
Qızılcada da səpkilər baş nahiyəsindən, qulaq dibindən, ağız, döş, sinə nahiyəsi ətraflara yayılırdı. Meymunçiçəyi də qızılcaya bənzər şəkildə yaranır.
Təbii ki, qorxulu bir xəstəlik olmasa da, ciddi müayinə olunmasa, ağırlaşa və ölümlə nəticələnə bilər. Müayinəsi isə daha çox labarator müayinə aparılır. Əsasən qan və nəcisdən də götürülə bilir. Bu virusun ən çox qorxusu gələcəkdə üz dərisində yaranan çapıqların əmələ gəlməsi ilə bağlıdır”.
Mehriban Mirzəzadə Demokrat.az


