Gündəm Özəl

"Zəfər parlamenti xalqın istəklərinə uyğun fəaliyyət göstərməlidir" — AÇIQLAMA

Zəfər parlamenti xalqın istəklərinə uyğun fəaliyyət göstərməlidir — AÇIQLAMA

“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə ümid böyükdür, xalqın gözləntiləri var. Düşünürəm ki, zəfər parlamenti xalqın istəklərinə uyğun fəaliyyət göstərməlidir. Xalqın tələbi, sosial sifariş də bundan ibarətdir, çünki ictimai iştirakçılıq da çox önəmli məsələdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, yeni formalaşacaq parlament əhalinin gözləntilərini doğrultmaq üçün var-gücü ilə çalışmalıdır:

“İşğal dövrünün öz reallıqları var idi, vətəndaşın anlayışı bundan ibarət idi ki, ölkənin Qarabağ boyda dərdi var, qaçqın və məcburi köçkünlər, şəhidlər, itkin düşmüş şəxslərin olması ölkənin sosial-iqtisadi həyatına da mənfi təsir göstərmişdi. Əlbəttə, bu gün Azərbaycan güclü dövlətdir, müdrik Prezidentimiz, müzəffər Ali Baş Komandan torpaqlarımızı işğaldan azad edib, “Böyük Qayıdış” həyata keçirilir. Əhalinin sosial-iqtisadi inkişafı, rifah və tərəqqi yönündə böyük gözləntilər və ümidlər var.

Düşünürəm ki, parlament bu ümidləri doğrultmalıdır. Budəfəki parlament seçkilərində namizədliyimi irəli sürməsəm də çox istərdim ki, yeni formalaşacaq parlament əhalinin rifahı naminə fəaliyyət göstərsin, parlamentdən 125 dairənin hamısının əhalisinin fikri, sözü eşidilsin və bunun əsasında müxtəlif layihələr həyata keçirilsin”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az