Sosial Özəl

Sosioloq: “Yeni iş həyatına qədəm qoyan şəxsdən təcrübə tələb etmək absurtdur”

Sosioloq: “Yeni iş həyatına qədəm qoyan şəxsdən təcrübə tələb etmək absurtdur”

Təcrübə. Bu söz hər birimizə tanış olan bir sözdür. Təəssüf ki, son dövrlərdə bəzi şirkət və qurumlar işə yeni işçi cəlb edəndə bu sözdən daha çox istfadə edirlər. Yəni, Ali təhsili yeni bitirmiş, müəyyən bacarıqlara malik şəxsdən işə başlaması üçün müəyyən təcrübə, (bu 3-5-10 il də ola bilir bəzən) tələb edir.

Bəs, bu nə dərəcədə doğrudur?

Yeni iş həyatına atılmaq istəyən müyyən bacarıqlara və təhsilə malik şəxslərdən iş təcrübəsinin tələb olunması nə dərəcədə doğdur?

Məsələ ilə bağlı Demokrat.az-ın sualına cavablandıran sosioloq Mail Yaqub bildirib ki, yeni iş həyatına qədəm qoyan şəxsdən iş təcrübəsi tələb etmək absurt bir şeydir:

“Bu çox mənasızdır. Çünki belə olsa, bu prinsiplə yeni işə başlamaq istəyən heç bir gənc işə götürülməməlidir. Təbii ki, olduqca mənasız və doğru olmayan bir prinspdir.

Əsas məsələ nədir? Əgər, insan resursları şöbəsində həmin şirkəti işə götürmək istədikləri şəxslə müsahibə aparan şəxsdə məharət və bacarıq olarsa, 15 dəqiqəlik müsahibə kifayət edəcək ki, bu insanın potensialının olub-olmamasını aydınlaşdırsın. Olar bilər ki, yanılaq. Bu da problem deyil. Amma əvvəldən biz yeni işə başlamaq istəyən şəxsə şərt qoyaq ki, 3-5 illik təcrübə lazımdır, bu mənasızdır.

Ola bilər ki, həmin şəxsdə təcrübə olsun, amma təcrübə olmasın. İşi yaxşı bacarır amma dürüst deyil. Bu tip yanaşmaların isə əleyhinəyəm. Doğru və məntiqli bir yanaşma deyil”.

Mehriban Mirzəzadə Demokrat.az

D
demokrat.az