Dünya Özəl

Türkiyə Ordusu daha 8 terrorçunu məhv etdi

Türkiyə Ordusu daha 8 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində 7 PKK terrorçusu, Suriyanın şimalında isə Zeytun Budağı bölgəsində şəxsiyyəti müəyyən edilən 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafi Nazirliyi məlumat yayıb. “Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir, - deyə Milli Müdafiə Nazirliyi Şimali İraq və Suriyanın şimalında ümumilikdə 8 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin sosial media hesabında yayılan açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsində müəyyən etdikləri 7 PKK terrorçusunu, Suriyanın şimalındakı Zeytun Budağı bölgəsində isə 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib",- deyə nazirlikdən bildirilib.

Mehriban Mirzəzadə Demokrat.az

D
demokrat.az