Sosial Özəl

Eyni dərman perparatını artıq içmək ölümlə nətciələnə bilər — Professordan XƏBƏRDARLIQ

Eyni dərman perparatını artıq içmək ölümlə nətciələnə bilər — Professordan XƏBƏRDARLIQ

Son zamanlar dərman vasitələri ilə bağlı insanlar arasında narazılıqlar artıb. Hətta, ötən günlərdə dərman preparatlarından zəhərlənmə halı qeydə alındığı ilə bağlı məlumatlarda gündəmə gəlib.

Bəs, insanlar müalicə və sağlamlıqları üçün qəbul etdiyi dərmanlardan necə zəhərlənə bilərlər?

Bunun səbəbi nədir?

Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran professor Adil Qebullah bildirib ki, dərmanlar konkret bir dozada orqanizmə bir terapevtik və yaxud simptomatik təsir göstərən bir maddədir:

Eyni dərman perparatını artıq içmək ölümlə nətciələnə bilər — Professordan XƏBƏRDARLIQ

“Onun dozadan çox qəbul edilməsi zəhərlidir və toksiki təsir göstərir. Ona görə də dərman maddələrindən zəhərlənmə anlayışı qida zəhərlənməsindən bir az fərqlidir. Yəni dərman maddələrinin keyfiyyət parametrlərinin aşağı olması dərman maddələrinin yetərsiz təsirinə gətirib çıxara bilər. Amma dərman maddələrin içərisində dərman əlavəsi deyilən maddə var, bu dərmana dad, rəng, struktur verən, onu stabilləşdirən, onun saxlama müddətini uzadan maddələrdir. Onlar orqanizmə dərman kimi təsir etmir.

Əgər bu cür maddələr üçüncü ölkələrdə ağır metal duzlarından və s. təşkil olunarsa, bunlar orqanizmə təsirsiz ötüşmür. Bütövlükdə, bu halın dəqiqləşdirilməsi üçün Məhkəmə Tibb Ekspertizası olmalıdır. Ekspertizada təsdiq edilməlidir ki, bu dərmandan zəhərlənmə halıdır və zəhərlənmənin konkret motivi nədən ibarətdir. Biz yalnız və yalnız bunu iddia edirik. Ola bilər, dərmanla yanaşı hansısa qida da buna gətirib çıxarsın.

Məsələn, eyni dərman preparatını bir neçə tablet artıq içmək ölümə, ağır vəziyyətə gətirib çıxara bilər. Bəzi dərman maddələri həddən artıq sensibilizasiyalı, yəni həssas orqanizmlərdə anafilaktik şoka gətirib çıxara bilər ki, bu da ani ölümə gətirib çıxara bilər. Ona görə də bu məsələlər dəqiqləşməlidir.

Əlbəttə, birmənalı söz demək çox çətindir. Çünki Məhkəmə Tibb Ekspertizasının rəyi ortada deyil. Nə qədər ki, məsələn, xərçəng xəstəliyinin diaqnozu birmənalı olaraq histoloji verifikasiya təsdiqlənməklə qoyulur, bu cür zəhərlənmələrin diaqnozu autopsiyadan təklifdən, patoloji anatomik tədqiqatdan sonra qoyula bilər”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova