İsrailin 7 oktyabrdan bəri intensiv hücumlarını davam etdirdiyi Qəzza zolağında ölənlərin sayı ən az 40 min 74-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrailin son 48 saatda həyata keçirdiyi 5 hücumda 69 fələstinlinin həyatını itirdiyi, 136 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd edək ki, hücumların başladığı 7 oktyabrdan bəri ümumi can itkisinin 40 min 74-ə, yaralıların sayının isə 92 min 537-yə yüksəldiyi vurğulanıb.
Mehriban Mirzəzadə Demokrat.az


