İsraillə HƏMAS Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı saziş bağlamağa yaxındır.
Bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, avqustun 16-da Yaxın Şərqdə atəşkəs səylərində iştirak etdiyini vurğulayıb.
“Biz atəşkəsə üç gün əvvəlkindən çox yaxınıq”, - Amerika lideri danışıqlar prosesi barədə danışarkən qeyd edib.
"Axios" portalının məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinken avqustun 17-də axşam saatlarında İsrailə səfər edəcək və avqustun 19-da Baş nazir Benyamin Netanyahu ilə görüşəcək. Bundan sonra onun Misir və Qətərə səfəri gözlənilir.
Avqustun 15-də Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlində olan girovları azad etmək məqsədi ilə Dohada məsləhətləşmələrin yeni raundu başlayıb. (Report)


