Siyasət Özəl

"Putinin Azərbaycana dövlət səfəri etməsi suallar doğurur" — Politoloq

Putinin Azərbaycana dövlət səfəri etməsi suallar doğurur — Politoloq

“Rusiya-Ukrayna müharibəsinin davam etməsi, bölgədəki gərginlik fonunda, üstəlik, ABŞ texnikasının, silah-sursatının Ermənistana gətirildiyi bir vaxtda Putinin Azərbaycana dövlət səfəri etməsi suallar doğurur. Düşünürəm ki, səfər çərçivəsində dövlət başçıları arasında iqtisadi-siyasi məsələlər ətrafında müzakirələr aparılacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O qeyd edib ki, səfər zamanı regional və qlobal müstəvidə gedən siyasi proseslər də müzakirə predmetinə çevrilə bilər:

“Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətlərdəki son irəliləyişlər müzakirə mövzusunu olacaq. Putinin budəfəki səfərində daha çox Rusiya qazının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması məsələsinin müzakirə ediləcəyi gözlənilir. Bu məsələ ilə bağlı dövlət başçıları qərara gələ bilərlər. Ticarət dövriyyəsinin artırılması da gündəmdədir. İki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, xüsusən də Rusiya və Azərbaycanın maliyyə vahidi ilə ticarətinin artırılması məsələsi də tərəfləri maraqlandırır. Böyük ehtimal ki təhlükəsizlik məsələlərinə də yenidən baxılacaq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək. TASS-ın xəbərinə görə, bu barədə Kreml məlumat yayıb. Səfərin yekunlarına dair bir sıra sənədlərin imzalanması gözlənilir.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova