ABŞ Dövlət Departamenti Almaniyaya yeni silah satışını təsdiqləyib.
Demokrat.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Məlumata görə, Almaniyaya ümumi dəyəri 5 milyard dollar olan 600 ədəd Patriot raketinə aid avadanlıq veriləcək. Bu tədarüklə Almaniyanın Ukraynaya külli miqdarda silah bağışladıqdan sonra azalan ehtiyatlarını dolduracağı gözlənilir.
Açıqlamada sözügedən satışın Avropada təhlükəsizlik və sabitliyin davam etdirilməsinə əhəmiyyətli töhfə verəcəyinə diqqət çəkilib.
Qeyd edək ki, Almaniya ABŞ-dan sonra Kiyevə ən çox hərbi dəstək verən ölkə kimi tanınır.
Mehriban Mirzəzadə Demokrat.az


