Dünya Özəl

ABŞ Ukraynaya hərbi yardım göndərir

ABŞ Ukraynaya hərbi yardım göndərir

ABŞ yaxın günlərdə Ukraynaya əlavə hərbi yardım göndərəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evin Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi MSNBC telekanalına verdiyi müsahibəsi zamanı deyib.

Məlumata görə, Ukraynanın müdafiə naziri Rustem Umerov və onun amerikalı həmkarı Lloyd Austin arasında döyüş meydanındakı vəziyyət və Ukrayna Silahlı Qüvvələrinin əlavə müdafiə avadanlıqlarına ehtiyacı ilə bağlı söhbəti olduqdan sonra qərar verilib. Qeyd edək ki, ötən ay Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov Austinlə telefonla danışıb və Ukraynanın Rusiyaya qarşı gizli əməliyyatı barədə məlumatı onunla bölüşüb. Bu söhbətdən sonra Amerika tərəfi ukraynalılarla əlaqə saxlayıb və onları heç nəyə başlamamağa çağırıb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova