Sosial Özəl

Çörəyin qiyməti ucuzlaşacaq — AÇIQLAMA

Çörəyin qiyməti ucuzlaşacaq — AÇIQLAMA

Unun qiymətində baş verən ucuzlaşma Rusiyanın məhdudiyyətləri aradan qaldırması ilə bağlıdır.

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, əvvəllər Rusiyada ixracatla bağlı məhdudiyyətlər var idi:

“Nəticə etibarilə bu bazardakı qiymətlərə də təsirsiz ötüşmürdü. Hazırda isə Rusiya bu məhdudiyyətləri aradan qaldırdı. Bizdə nəticə etibarilə taxılın böyük bir hissəsini Qazaxıstan və Rusiyadan alırıq. Taxılın qiymətindəki ucuzlaşma, ununda qiymətində ucuzlaşmaya səbəb olub. Bu gələcəkdə un məmulatları və çörəyin də qiymətinə təsir edəcək. Amma ki, kəskin ucuzlaşma yoxdur. Başqa ərzaq məhsullarına isə bu ucuzlaşmanın aidiyyatı yoxdur. Çünki bu ucuzlaşma sırf buğda qiymətləri ilə bağlı olan məsələdir”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova