Sosial

Bakıda su problemi yaşanır: Vətəndaşlardan şikayət — AÇIQLAMA

Bakıda su problemi yaşanır: Vətəndaşlardan şikayət — AÇIQLAMA

Son günlər paytaxtda su problemi yaşayır.

Bununla bağlı Bakupost.az–a Yasamal rayonu, 2-ci Alatava sakinləri şikayət ediblər.

Onlar bildirirlər ki, artıq 4 gündür əraziyə su gəlmir: “Yayın istisində susuz qalmaq olar?! Axşam işdən gələndə su olmur ki, əlimizi-üzümüzü yuyaq. Gəlsə də, çox az gəlir. Məcbur olun mator qoşuruq. Bütün qonşularda belədir”.

Sosial şəbəkələrdə Yeni Günəşli və paytaxtın digər ərazilərində də su ilə bağlı problemlər yarandığı bildirilir.

Paylaşımlardan birincə “Abşeron rayonu, Mehdiabad qəsəbəsində həftədə 4 saat su verirlər, o da ki qrafiksiz. Bu hal illərdir belədir. Qəsəbədə bir dənə də olsun, zibil qutusu yoxdur. Yollar zibillə doludur, 15 gündən bir guya daşıyırlar”, “Yasamalda su gəlmir, verdə ilə daşıyırıq”, “Badamdar da eyni durumdadır”, “Gənclik ərazisində axşam 11 dən sonra su kəsilir, gündüz də zəif gəlir”, “4-cü mikrorayon, 3 gündür su yoxdur, biabırçılıq”, “4 cu mkr. Millət küçələrdə su dilənir. Görəsən, səlahiyyətli şəxslər nə fikirləşir?”, “Qala qəsəbəsində yaşayırıq, burada yerli-dibli su yoxdur... Hara müraciət edirik, baxan yoxdur. Xəzər rayon İcra Hakimiyyəti pul yeməklə məşğuldur” kimi şərhlər yazılıb.

Bakıda su problemi yaşanır: Vətəndaşlardan şikayət — AÇIQLAMA

Məsələ ilə bağlı Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu vurğulayıb ki, Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri bu gün səhər saat 6-da tamamlanıb:

“Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Ətraflı məlumat yayacağıq”.

NE
Nihadə Eyyubova