Kursk vilayətində yaranmış vəziyyətlə əlaqədar Qazaxıstan hakimiyyəti Rusiya ilə Ukrayna arasında münaqişənin sülh yolu ilə həllinə çağırıb.
Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
Onun sözlərinə görə, Qazaxıstan həmişə münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarı olub və dövlətlərin ərazi bütövlüyü prinsipini aydın şəkildə təsbit edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə bütün ölkələrin riayət etməsinin zəruriliyi ilə çıxış edib.
Smadiyarov qeyd edib ki, Astana beynəlxalq ictimaiyyətin qarşılıqlı məqbul həll yollarının konstruktiv axtarışına yönələn istənilən səylərini alqışlayır.
Mehriban Mirzəzadə Demokrat.az


